Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 304 nəfər dövlət qulluğundan azad edilib

Azərbaycanda 304 nəfər dövlət qulluğundan azad edilib

Tarix: 3 Iyun 2021 14:08

2020-ci ildə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununun müddəalarının tələblərini pozan 1245 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.

Dövlət İmtahan Mərkəzindən Sonxeber.net-a verilən məlumata görə, həmin intizam tənbeh tədbirlərindən 1044-ü mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 201-i isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında tətbiq edilmiş 1245 intizam tənbeh tədbirindən 887-si töhmət, 304-ü dövlət qulluğundan azad edilmə, 34-ü vəzifə maaşının azadılması, 11-i ixtisas dərəcəsinin bir pillə aşağı salınması, 4-ü həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 3-ü daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə olub.


Etiketlər:  Azərbaycanda nəfər dövlət qulluğundan azad edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ