Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2021 09:32
Açıq havada maska taxmaq qadağasının aradan qaldırılmasına çoxu sevindi. Sevinənlər arasında elə bu materialı izləyən çoxunuz varsız.
Sonxeber.net REAL TV-yə istinadən xəbər verir ki, ancaq hələ də qapalı məkanlarda maska taxmaq qadağası qüvvədədir. Həm də zəruridir.
Bəzilərimiz bunu unutmuşuq. Bunu şəhərdə olarkən müşahidə etdik. Vətəndaşlara həmin bu qaydaları xatırlatmaq məqsədilə polis əməkdaşları müvafiq nəzarət-profilaktik tədbirlər həyata keçirirlər. Biz də həmin tədbirlərdə iştirak etmək qərarına gəldik və Nərimanov rayon polis bölməsi və DİN-in əməkdaşları bizə bu yöndə yardımçı oldular.
Sevindirici haldır ki, vətəndaşların çoxu qaydalara əməl edir. Əməl etməyənlər isə polisi kənardan görüb maskadan istifadə edirlər.
DİN-in əməkdaşı Nurlan Əliyev bu məsələyə aydınlıq gətirdi.
1 ildən çoxdur ki, maska bizim gündəlik yaşam tərzimizə çevrilib. Əminəm ki, artıq maska taxmaqdan çoxumuz bezmişik. Əvvəlki, həyatımız üçün darıxmışıq. Darıxdığımız həyata qayıtmağın yolu isə peyvənd olunmaqdır. Qısası, normal həyata qayıdışın səbəbkarı elə özümüz olacağıq.