Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2021 12:40
Bir müddət əvvəl stilini radikal şəkildə dəyişən məşhur amerikalı müğənni Billi Ayliş bu dəfə yeni klipi ilə pərəstişkarlarını təəccübləndirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Star News" xəbər yayıb.
"Lost Cause" adlı bəstənin təqdimatı ifaçının "YouTube" kanalında olub.
Billi Aylişdən əlavə rolikdə Eşli Nikol, Cou Cekson, Kerris Bruks, Leksi Smit, Natalya Santyaqo və Yuliana Maldonado da iştirak edib.
İfaçı özünün "Instagram" hesabında alovlu rəqslərin də olduğu çəkilişlər zamanı yaxşı vaxt keçirdiklərini bildirib.
Kadrlarda Billi kifayət qədər açıq-saçıq görüntüləri ilə də təəccübləndirib.
"Bu əladır", "Ağzım açıq qaldı", "Dəlisov klip", kimi şərhlərlə istifadəçilər 18 milyondan artıq baxış toplayan yeni ifaya öz münasibətlərini bildiriblər.