Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2021 15:00
Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları üçün "icazə blankları"nı artıq Dövlət Avtomobil Nəqliyyatı Xidməti verməyəcək. Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası bununla bağlı razılaşma əldə edib. Razılaşmaya görə, avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar üçün əhəmiyyət kəsb edən ''icazə blankları''nın bölüşdürülməsi ABADA İctimai Birliyi tərəfindən həyata keçiriləcək
Sonxeber.net xezerxeber-ə istinadən xəbər verir ki, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları üçün qaydalar dəyişib. Yeni qaydalara əsasən artıq beynəlxalq yükdaşımalar üçün lazım olan ''icazə blankları''nı Dövlət Avtomobil Nəqliyyatı Xidməti verməyəcək. Bununla bağlı Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası arasında razılaşma əldə edilib.
Nazir müşaviri Rəşad Bayramov bildirdi ki, razılaşmanın tətbiqi nəticəsində avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması təmin ediləcək.
Birdəfəlik "İcazə blankları" və illik və qısamüddətli icazələrinə olan tələbatın müəyyən edilməsi, həmin icazələrin yerli avtodaşıyıcılar arasında bölgüsünün yeni mexanizminin formalaşdırılması da ABADA tərəfindən icra ediləcək.
Qeyd edək ki, "İcazə blankları" ölkələr arasında razılığa əsasən daşımaların həcminə uyğun müəyyən olunan və beynəlxalq yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. İcazə blankı hər iki ölkə arasında qarşılıqlı razılığa əsasən eyni sayda mübadilə edilir. Yükdaşımanı icra edən sürücü məhz "İcazə blankları" vasitəsilə xarici ölkələrdən yükləri ya öz ölkəsinə, ya 3-cü ölkəyə aparmaq, ya da məhsulu təhvil aldığı ölkədə daşıma izni əldə edir.