Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Peyvənd olunmaq istəyənlərin nəzərinə - VİDEO

Peyvənd olunmaq istəyənlərin nəzərinə - VİDEO

Tarix: 4 Iyun 2021 18:24

Randevu.its.gov.az portalında qeydiyyatdan keçməyənə vaksin vurulmayacaq

Milli.Az REAL TV-yə istinadən xəbər verir ki,koronavirusa qarşı peyvənd olunanların sayı artıb.

Məsələn son sutkada vurulan vaksinlərin sayı 50 988-dir. Əvvəl isə bu rəqəm 20-30 min aralığında olurdu. Peyvənd olunmaq istəyənlərin sayının artması poliklinikaların qarşısında sıxlıqlarla müşahidə olunur. Əslində bu qədər insanın peyvənd olunmaq istəyi koronavirusla mübarizə çərçivəsində son dərəcə müsbət hal hesab olunur. Amma elektron qaydada öncədən növbə almadan birbaşa poliklinikalara üz tutmaq müəyyən problemlər yaradır. Poliklinikalarda birdən -birə bu qədər vətəndaşı qeydiyyata almaq sistemin donmasına səbəb olur. Yasamal rayonu 19 saylı şəhər polklinikasının baş həkiminin müavini Yeganə Cəfərova bildirdi ki, artıq onlayn növbə götürmədən gələn vətəndaşa peyvənd vurulmur, bəzən vətəndaşlar arasında bununla bağlı müəyyən mübahisələr yaranır.

Vətəndaşlar arasında hətta elektron qeydiyyat sisteminin donmasına dair müəyyən fikirlər də irəli sürülür. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi REAL-ın sorğusuna cavab olaraq bununla bağlı bildirdi ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində yerləşdirilən "COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbə elektron xidməti"nin fəaliyyətində heç bir problem yoxdur.

02 iyun 2021-ci il tarixində 40 454 nəfər koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün sözügedən elektron xidmət vasitəsilə müxtəlif tarixlərə onlayn qaydada növbə götürüb.

Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün https://randevu.its.gov.az/ saytına daxil olaraq "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə onlayn qaydada növbə götürsünlər. Randevu sistemi hər bir tibb müəssisəsinin imkanlarını nəzərə alaraq növbə götürülməsini tənzimləyir.

Milli.Az


Etiketlər:  Peyvənd olunmaq istəyənlərin nəzərinə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ