Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2021 21:28
İtaliya polisi Cənubi İtaliyada yerləşən Kalabriya regionunun Coya Tauro şəhərində bir tondan artıq kokain müsadirə edib.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, maliyyə polisi bananla yüklənmiş konteynerdə aşkarlanan kokainin yalnız mütəşəkkil cinayətkar şəbəkələr tərəfindən göndərilə biləcəyini bildirib.
Təhqiqatçılar hesab edirlər ki, müxtəlif qatqılar sayəsində həcmi dörd dəfəyədək artırıla biləcək narkotikin dəyəri qara bazarda təxminən 225 milyon avrodur. Narkotik vasitənin Cənubi Amerikada kokainin ən çox istehsal olunduğu Ekvadordan göndərilildiyi də qeyd edilib.