Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Dəhşətli vəziyyət davam edir”

“Dəhşətli vəziyyət davam edir”

Tarix: 5 Iyun 2021 10:08

Dünyada koronavirus pandemiyası ilə bağlı dəhşətli vəziyyət davam edir.

Milli.Az virtualaz.org.-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar üzrə Proqram direktoru Maykl Rayan deyib. O bildirib ki, ölkələr rahatlanmamalı və təhlükəsizlik tədbirlərinə hələ əməl etməlidirlər:

"Vəziyyət çətin olaraq qalır və ümumi hadisələrin sayı azalsa da, risklər hələ də çox yüksəkdir. Pandemiya ciddi fəlakət olaraq qalır. Mütləq bütün ölkələr tədbir görməli, heç kim arxayınlaşmamalıdır və gələcək pandemiyaya hazırlaşmalıyıq. Əgər hazırlıq olmasa, bu baha başa gələcək".

O, Asiya və Orta Amerika kimi dünyanın bir neçə bölgəsində son beş həftə ərzində xəstəlik sayında ciddi artımların davam etməsinə diqqət çəkib.

Milli.Az


Etiketlər:  Dəhşətli vəziyyət davam edir


RƏYLƏR