Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ayağını itirib, Vətənini qazanan qazi - VİDEO

Ayağını itirib, Vətənini qazanan qazi - VİDEO

Tarix: 5 Iyun 2021 18:48

Zəfər mübarizəmizin canlı şahidlərindən biridir Sərxan Quliyev. Murovdan başlayan döyüş yolu, Cərayıl, Füzuli, Zəngilan, Qubadlıda davam edib. Elə Qubadlı uğrunda gedən döyüşlərdə minamyot mərmisinə tuş gələrək ağır yaralanıb, sağ ayağının bir hissəsini itirib. Deyir, heç zaman peşman olmamışam. Vətənim uğrunda vuruşmaqdan hər zaman qürur hissi keçirmişəm, lazım gələrsə digər ayağımı da gözümü qırpmadan verməyə hazıram. Manqa komandiri olan Sərxan, yaralı yoldaşlarını çiynində döyüş meydanından çıxarıb. Düzdür, özü bunu etiraf etmədi. Bu təcavükarlığın qarşısında ediləcək ən böyük təvazökarlıqdır bəlkə də.... Qazimiz hazırda Bakı Reablitasiya Mərkəzidə müalicə kursu keçir və bir həftədən sonra müasir protezlə təmin olunacaq.

Sonxeber.net realtv-yə istinadən xəbər verir ki, Bakı Reablitasiya Mərkəzinə gətiriləndə Sərxanın sağ baldırının üçdə biri artıq amputasiya olunmuşdu. Yuxarı ətrafda hərəkətin məhdudluğu və keyimə hissi var idi. Məkəzdə müayinədən keçdikdən sonra ona müxtəlif - konservativ və fizioterapevtik müalicə prosedurları tətbiq olundu. Hazırda intensiv elektroterapiya, masaj, parafin və s prosedurları alan qazimizə həm də qan dövranını yaxşılaşdıran medikamentoz terapiya təyin olunub.

Sərxan hazırda protezləşmə mərhələsindədir. Özünü çox yaxşı hiss etdiyini, əhval-ruhiyyəsinin də yüksək olduğunu deyir. Protezi qoyulandan sonra idmanla məşğul olmaq fikrindədir. Mütəxəssislər də bunun mümkün olduğunu deyirlər:

Sərxan çox pozitivdir və gələcəyə böyük inamla baxır. Fəaliyyətini isə hərbçi kimi davam etdirmək, yenə də vətəninin keşiyində olmaq arzusundadır.


Etiketlər:  Ayağını itirib Vətənini qazanan qazi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ