Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2021 20:20
Tanınmış polşalı model Mahir Emreli ilə bağlı paylaşım edib.
Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, Edita Zayats adlı xanım Mahirlə birgə şəklini paylaşaraq bu sözləri yazıb: "Başqa bir anadan olan kiçik qardaşım şəhərdədi. Polşaya xoş gəldin, Mahir. "Legiya"da uğurlar".
Qeyd edək ki, Zayats vaxtilə Mahirlə "Qarabağ"da komanda yoldaşı olmuş Yakub Jezniçakın keçmiş həyat yoldaşıdır. Mahir yaxın günlərdə Jezniçakın uzun illər formasını geyindiyi "Legiya" ilə müqavilə bağlayacaq.