Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2021 11:54
Qələbəmizin memarlarında biri də Laçın dəhlizində gedən şiddətli döyüşlərdə şəhid olan Rəşad Ələkbərovdur.
Sonxeber.net REAL TV-yə istinadən xəbər verir ki, 23 yaşlı Rəşad Gəncədə hərbi xidməti başa vurduqdan sonra video-operator işləyib. Tovuz döyüşləri zamanı adını könüllülər sırasına yazdıran Şəhid, döyüşlər başlayanda çağrılan ilk igidlərdəndi. Müharibə Rəşada yad deyildi. Çünki, anası, Birinci Qarabağ müharibəsinin qazisi Nailə Ələkbərovadır.
Qeyd edək ki, Rəşad Ələkbərov Füzuli, Hadrut, Daşaltı və Şuşanın işğaldan azad olunmasında iştirak edib.
9 noyabrda Şuşa-Laçın istiqamətində irəliləyiş zamanı şəhid olub. Gəncənin Şəhidlər Xiyabanında dəfn edilib.
Qəhrəman döyüşçü Rəşad Ələkbərov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəsur döyüşçü" medalları ilə təltiflənib.