Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2021 11:05
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı meyxanaçı Aqşin Fateh olub.
Sonxeber.net xəbər verir ki, məşhur meyxanaçı tanınmış xanım müğəninin ona eşq elan etdiyini deyib:
"Qadın müğənni mənə sevgi etirafı edib. Məndən ciddi qarşılıq gözləyib. Subay, cavan oğlanam, onunla oynaya bilərdim. Amma ona səmimi olaraq dedim ki, müğənni xanımla ailə qurmaq istəmirəm. Mənə sual verdi ki, niyə, ifaçı olmaq qəbahətdir? Bildirdim ki, sözümdən incimə, şəxsiyyətinə hörmətim var, lakin alınmaz. O xanım sənətini atmaq istəyəcək biri deyildi. Evlənsək belə bir müddət sonra səhnə üçün, tamaşaçılar üçün darıxıb geri dönmək istəyə bilərdi. Mənsə sevdiyim xanımı insanlarla paylaşa bilmərəm. Çox qısqanc insanam".