Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2019 19:39
Bakı. İlhamə İsabalayeva - Trend:
Qəbələnin Zərgərli kəndində keçirilən toyda kütləvi zəhərlənmə olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 26 nəfər Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb:
"Onlara lazımi tibbi yardım göstərilib. Faktla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin