Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur müğənni həbs oluna bilər

Məşhur müğənni həbs oluna bilər

Tarix: 11 Iyun 2021 09:50

Türkiyəli pop müğənni Berkay Şahinin 4 il 4 aya qədər həbsi istənilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, müğənni Burak Ş. adlı izləyicisinə sosial media hesabından yazdığı mesaja görə problemlə qarşılaşıb.

"Klavyaturanın qarşısında elə demək asandır. Əgər rast gəlsək, görərsən", - şərhini yazan müğənni "təhqir" və "təhdid"lə günahlandırılıb.

İzləyicinin şikayətinə əsasən, haqqında istintaq başladılan müğənni vəkili ilə birgə ifadə verib.

"Onu tanımıram. Ailəmlə olan fotoya təhqiredici rəy yazdı deyə əsəbi halda elə yazdım. Mən də şikayət edəcəm", - deyə o bildirib.

Müğənninin məhkəməsinin yaxın günlərdə başlayacağı gözlənilir.


Etiketlər:  Məşhur müğənni həbs oluna bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ