Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 11:16
Paşinyan sərhədə "hərbi birləşmələr" cəlb etmək istəyir
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Ermənistanın Kəlbəcər rayonu istiqamətində atəşkəsin pozması və hədəfin məhz Kəlbəcər seçilməsinin arxasında bir sıra gizli məqamlar var. Ən əsası isə Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyan Qərb ölkələrindən ibarət olan hərbi birləşmələri sərhəddə cəlb etmək istəyir.
Bölgədə vəziyyətə nəzarət edən rusiyalı sülhməramlıların bu məsədə səlahiyyətlərinə gəlincə,
Millət vəkilləri və politoloqlar bildirir ki, Ermənistan bu təxribatları törətməklə seçkiöncəsi bölgədə qarşıdurma yaratmağa çalışır.
Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətində atəşkəsi pozması ilə bağlı məlumat yayıb. Faktı təsdiqləyən Azərbaycan Müdafiə Nazirliyi atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrin şəxsi heyəti sırasında həlak olan və ya yaralananların olmadığını bildirib. Ermənistanın bu təxribatını seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək niyyəti ilə həyata keçirdiyini acıqlayıb. Baş vermiş hadisəyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bəyan edib.