Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AMEA üzrə doktorantura yaradılan ali təhsil müəsisələrinin sayı artırılıb

AMEA üzrə doktorantura yaradılan ali təhsil müəsisələrinin sayı artırılıb

Tarix: 12 Iyun 2021 15:24

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) üzrə doktorantura yaradılan ali təhsil müəssisələrin sayı artırılıb.

Sonxeber.net bildirir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"na edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, AMEA üzrə Fizika-Riyaziyyat və Texnika elmləri bölməsinə yeni Biofizika İnstitutu əlavə edilib. İnstitutda da fəlsəfə və elmlər doktoru üzrə doktorantura ixtisasına qəbul olacaq.

Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, AMEA-nın Biofizika İnstitutu 2016-cı ildən etibarən biofizika sahəsində fundamental və innovasiya xarakterli tətbiqi elmi tədqiqat işlərinin həyata keçirilməsi istiqamətində uğurla fəaliyyət göstərir. İnstitutda AMEA-nın 2 müxbir üzvü, 4 elmlər dok­toru və 6 fəlsəfə doktoru çalışır.

İnstitutun ən mühüm vəzifələrindən biri yeni elmi istiqamət olan biofizika sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasıdır. 2017-ci ildən etibarən Biofizika İnstitutunun alim və mütəxəssisləri tərəfindən magistratura pilləsi üzrə, eləcə də fəlsəfə və elmlər doktoru hazırlığı üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə başlanılıb. Lakin İnstitutda doktorantura mövcud olmadığı üçün yüksəkixtisaslı kadrların hazırlanması işi AMEA-nın və respublikanın digər elmi müəssisələrində məqsədli sifarişlər əsasında həyata keçirilib. Bu da bir sıra hallarda kadr hazırlığını institutun tələbləri səviyyəsində həyata keçirməyə mane olur.

Mövcud maddi-texniki bazasını, magistratura və doktorantura təhsil pillələri üzrə kadr hazırlığı sahəsində qazandığı təcrübəni nəzərə alaraq, AMEA-nın Biofizika İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə 2406.01 - Biofizika (biologiya, tibb, fizika, texnika), 2406.02 - Biokimya (biologiya, kimya, tibb, texnika, aqrar elmlər), 2424.01 - Riyazi biologiya, bioinformatika (biologiya, riyaziyyat) ixtisasları üzrə doktoranturanın yaradılması və bununla bağlı Nazirlər Kabinetinin müvafiq Qərarının qəbul edilməsi məqsədəuyğun sayılır.

Qərarın qəbul edilməsi Biofizika İnstitutunda doktorant və dissertantların hazırlanmasının həyata keçirilməsinə imkan yaradır


Etiketlər:  AMEA üzrə doktorantura yaradılan təhsil müəsisələrinin sayı artırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ