Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 20:34
Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana təhvil verməsindən sonra ölkəsinə qaytarılan 15 hərbçinin görüntüləri yayılıb.
Bu barədə Ermənistan mətbuatı yazıb.
Qeyd edək ki, 2021-ci il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
Təhvil verilənlər artıq Ermənistandadır.