Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AVRO-2020: İngiltərə Xorvatiya ilə, Niderland Ukrayna ilə oynayacaq

AVRO-2020: İngiltərə Xorvatiya ilə, Niderland Ukrayna ilə oynayacaq

Tarix: 13 Iyun 2021 09:16

AVRO-2020-nin final mərhələsi davam edir.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, çempionatın üçüncü günündə 3 oyun keçiriləcək.

Günə D qrupunda start veriləcək. Yarışın favoritlərindən olan İngiltərə millisi Xorvatiya ilə görüşəcək. Bu görüş Londonda baş tutacaq.

Digər iki matç C qrupunda keçiriləcək. Avstriya yarışın debütantı Şimali Makedoniyanı sınağa çəkəcək.

Günə Amsterdamda yekun vurulacaq. Niderland yığması Ukrayna ilə görüşəcək.

Qeyd edək ki, ilk tura iyunun 15-də yekun vurulacaq.

AVRO-2020
I tur, 13 iyun
D qrupu
17:00. İngiltərə - Xorvatiya
Baş hakim: Daniele Orsato (İtaliya)
London. "Uembli" stadionu

C qrupu
20:00. Avstriya - Şimali Makedoniya
Baş hakim: Andreas Ekberq (İsveç)
Buxarest. "Nasional" stadionu

23:00. Niderland - Ukrayna
Baş hakim: Feliks Brix (Almaniya)
Amsterdam. Yohan Kroyf Arena

Milli.Az


Etiketlər:  AVRO 2020 İngiltərə Xorvatiya ilə Niderland Ukrayna ilə oynayacaq


RƏYLƏR