Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2021 10:50
Şəkidə 51 yaşlı qadın sirkə turşusundan zəhərlənib.
Sonxeber.net bildirir ki, rayonun Qaratorpaq kənd sakini, 1972-ci il təvəllüdlü Sevda Yusif qızı Abbasova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı S. Abbasovanın su əvəzinə bilmədən sirkə turşusu içərək zəhərləndiyi məlum olub.
S. Abbasovaya lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.