Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2021 11:40
Vətən müharibəsi Ermənistan siulahlı qüvvələrinin ayaqyalın, köməksiz vəziyyətdə elindən-obasından qaçqın, köçkün düşən uşaqların yurd-yuvasına qayıdışı savaşı idi.
Bu savaş qürurumuzu, mənliyimizi, kimliyimizi dünyaya sübut etmək üçün yaranan bir şans, bir fürsət idi. Bunu çox yaxşı anlayan Azərbaycanın hər bir mərd övladı Vətəni 30 illik düşmən əsarətindən xilas etmək, Xocalı soyqırımı qurbanlarının qisasını almaq üçün bu müharibədə iştirak etmək, azacıq da olsa qələbədə pay sahibi olmaq məqsədi ilə səfərbər olmağı, Vətənin oğlu olmağı bacardı. Bu yolda Vətən torpağını qanı ilə yuyub, şəhidlik məqamına ucalan qəhrəman qardaşlarımıza da rast gəlindi, əlini, qolunu, gözünü, bədəninin yarısını bu xalq, bu millət, bu torpaq uğrunda qurban verən qazilərimizə də.
Bugünkü qəhrəmanımız da məhz ərazi bütövlüyümüz uğrunda sağlamlığını qurban verən qazi baş leytenan Abdullayev Pərvin Dövlət oğludur. Füzuli uğrunda gedən döyüşlərdə böyük şücaət göstərən Pərvin də erməni silahlılarının atdığı minaatan mərmisinin partlaması nəticəsində gözünü itirib:
"Düşmənin 4 texnikasını məhv etmişəm. Ermənilərin iki Qrad "KB 21" artilleriya qurğusunu və iki tankını, bir dislokasiya məntəqəsini məhv etmişəm. Oktyabr ayının 17-si düşmənin artilleriya qurğusu tərəfindən atılan mərmi ilə yaralanmışam".
Qazimiz dövlətin ona ayırdığı diqqət və qayğıdan razılığını bildirib:
"Dövlətin mənə diqqət və qayğısından razıyam. "YAŞAT" Fondu sayəsində mən Türkiyəyə getdim. Orada başımdan əməliyyat olundum. İndi özümü yaxşı hiss edirəm".
Qeyd edək ki, ailəli olan Abdullayev Pərvin Dövlət oğlunin bir qız övladı var. O, Vətən müharibəsindən sonra "Fərqlənmə medalı", "Cəsur döyüşçü", "Şücaətə görə", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.
Təhməz Əsədov