Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AVRO-2020: Türkiyənin Bakıdakı ilk oyununa neçə bilet satılıb?

AVRO-2020: Türkiyənin Bakıdakı ilk oyununa neçə bilet satılıb?

Tarix: 14 Iyun 2021 19:38

Avropa çempionatının A qrupunun Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Uels - Türkiyə matçına indiyədək satılmış biletlərin sayı bəlli olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Onun sözlərinə görə, qarşılaşma üçün 15 mindən artıq bilet satılıb.

Qeyd edək ki, iyunun 16-da keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq. BOS həmçinin A qrupunun Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Bakıda Uels və İsveçrə komandalarının ilk görüşü heç-heçə yekunlaşıb.

Milli.Az


Etiketlər:  AVRO 2020 Türkiyənin Bakıdakı ilk oyununa neçə bilet satılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ