Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tarixi görüşdə diqqət çəkən detal - FOTO

Tarixi görüşdə diqqət çəkən detal - FOTO

Tarix: 15 Iyun 2021 10:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Baydenin Brüsseldə baş tutan tarixi görüşündə stoldakı kitab diqqət çəkib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüşdə Ərdoğan Baydenə "Türkiyənin terrorizmlə mübarizəsi" kitabını verib.

Sözügedən kitabın Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən yayımlandığı bildirilir.

"Turkey's Fight Against Terrorism" adlı kitabda İŞİD, PKK/YPG ilə mübarizə, "Sülh çeşməsi" hərəkatı, Türkiyənin suriyalılara ev sahibliyi etməsi kimi məsələlərdən bəhs olunur.

Qeyd edək ki, liderlərin görüşü təxminən 45 dəqiqə çəkib.

Milli.Az


Etiketlər:  Tarixi görüşdə diqqət çəkən detal FOTO


RƏYLƏR