Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müdhiş terror əməliyyatı - İŞİD-in Türkiyə üzrə məsul şəxsi ələ keçdi - FOTO

Müdhiş terror əməliyyatı - İŞİD-in Türkiyə üzrə məsul şəxsi ələ keçdi - FOTO

Tarix: 15 Iyun 2021 11:34

Milli İstihbarat Təşkilatı (MİT) məşhur terrorçu Qasım Güleri həbs edib, Türkiyəyə gətirib.

Sonxeber.net Türkiyə mediasına istinadən xəbər verir ki, o, Suriyada keçirilən əməliyyat nəticəsində ələ keçib. Qırmızı kateqoriyada qeyd olunan terrorçu Əbu Üsamə əl Turki adı ilə tanınır. Onun Suriyadan Türkiyəyə gəlib terror planlaşdırdığı məlumatları olub. İzlənilən Gülər ​​Suriyada aparılan əməliyyat gedişində yaxalanaraq dindirilmək üçün Türkiyəyə gətirilib. İŞİD üzvü Gülərin silah və partlayıcı maddələrlə qanunsuz olaraq Türkiyəyə keçməyə hazırlaşdığı müəyyənləşib.

Gülərin 2008-2010-cu illər arasında Əfqanıstan-Pakistan bölgəsinə köçdüyü, münaqişə bölgələrində fəaliyyət göstərdiyi və 2014-cü ildə İŞİD-ə qoşulduğu öyrənilib. Gülərin eyni zamanda İŞİD-in Rusiya, Avropa və Türkiyədəki "maliyyə məmuru" olduğu təyin olunub.

Kamran Seyidov


Etiketlər:  Müdhiş terror əməliyyatı İŞİD Türkiyə üzrə məsul şəxsi ələ keçdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ