Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2021 12:26
Ağdamda Qarabağ əlilləri və şəhid ailələrinə verilmiş mənzillərdə qaz yoxdur. Binada yaşayanlar bildirir ki, illərdir mənzillər istismara verilib və yaşayış var. Mavi yanacaq problemi isə hələ də həll olunmayıb.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Ağdam rayon Quzanlı qəsəbəsində 1 Nömrəli binada yaşayan ailələrə təbii qaz verilmir.
Bina 2014- cu ildə Qarabağ əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. 6 mərtəbədən, 54 mənzildən ibarət olan binada 7 ildir ki, yaşayış var, ancaq bina hələ də qazla təmin edilməyib. Sakinlər dəfələrlə aidiyyəti dövlət orqanlarına müraciət etsələr də heç bir nəticə yoxdu.
Sakinlər bildirir ki, lahiyədə mənzillərə qaz verilməsi nəzərdə tutulsa da məlum olmayan səbəblərdən qaz çəkilişi həyata keçirilmir. Ailələr mənzillərdə maye qazdan istifadə edir.
Məsələylə bağlı Azəriqaz-ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib ki, yaranmış vəziyyətdən xəbərdardırlar. Yaxın vaxtlarda bina təbii qazla təmin ediləcək.
Bununla da sakinlərin qaz problemi həll olunacaq.