Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2021 16:08
Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 22,090 mlrd. manat və ya hər nəfərə orta hesabla 2 207,1 manat təşkil edib.
Sonxeber.net bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Bu göstəricilər ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 0,8% və 1,3% azalıb.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 19 796,1 mln. manat və ya hər nəfərinə 1 977,9 manat vəsait qalıb. Bu, illik ifadədə müvafiq olaraq 1,6% və 2,1% azdır.