Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2021 09:32
Bakının Nərimanov Rayonunda kütləvi dava zamanı iki nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Fətəli Xan Xoyski və Ağa Nemətulla küçələrinin kəsişməsində yerləşən köşkdə qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Allahverdiyev Maqsud Bəhram oğlu və qardaşı 1992-ci il təvəllüdlü Allahverdiyev Rəcəb Bəhram oğlu köşkdə naməlum şəxslərin hücumuna məruz qalıb. M.Allahverdiyev ağız boşluğu, bilək, qarın və ayaq nahiyələrinə ümumilikdə 4 bıçaq zərbəsi vurulub. R.Allahverdiyevə isə beş bıçaq zərbəsi vurulub.
Hər iki yaralı 5 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib. R.Allahverdiyevin vəziyyəti ağırdır, onu özəl klinikaların birinə yerləşdiriblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsində araşdırma aparılır.