Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2019 16:40
Bakı. İlhamə İsabalayeva - Trend:
Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulunu elan edib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul olanların qeydiyyatı başa çatıbr.
Boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək istəyən və ixtisas seçiminə buraxılmış namizədlər 7 və 8 avqust tarixlərində saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, A. Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin