Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldudan sonra Poqbadan da analoji jest - VİDEO

Ronaldudan sonra Poqbadan da analoji jest - VİDEO

Tarix: 16 Iyun 2021 18:18

Fransa millisinin ulduzu Paul Poqba Almaniya ilə oyundan sonra keçirilən mətbuat konfransı zamanı masanın üstündə olan pivə şüşəsini döşəmənin üstünə qoyub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

Qeyd edək ki, Poqba müsəlmandır. Çox güman ki, bununla əlaqədar olaraq "Manchester United"in yarımmüdafiəçisi AVRO-2020-nin sponsorunu dəstəkləmək istəməyib.

Xatırladaq ki, çempionatda ilk oyununa hazırlıq zamanı Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu mətbuat konfransında masanın üzərindəki "Coca-Cola" şüşələrini adi su şüşəsilə əvəz edib. Bu zaman Ronaldu qısa şərh verməkdən də çəkinməyib. O, zalda əyləşənlərə "Su için!" deyə müraciət edərək sadə suyun daha faydalı olduğuna diqqət çəkib.


Etiketlər:  Ronaldudan sonra Poqbadan analoji jest VİDEO


RƏYLƏR