Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızının ad günündə xanımına maşın hədiyyə etdi - VİDEO

Qızının ad günündə xanımına maşın hədiyyə etdi - VİDEO

Tarix: 17 Iyun 2021 04:25

Rusiyanın Azərbaycan əsilli populyar müğənnisi Elman Zeynalov şəxsi həyatı ilə yenidən gündəmə gəlib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi qızı Marielin ilk doğum günündə xanımı, model Marqaritaya "Gelandewagen" markalı maşın hədiyyə edib.

Həmçinin, o, qızının ad günündə onu instaqram izləyicilərinə göstərmək qərarına gəlib. Belə ki, cütlük övladlarının müzakirə edilməsi tərəfdarı olmadıqları üçün bu günə kimi Marieli media və sosial şəbəkələrdən gizlədib.

Zeynalov həyat yoldaşına hədiyyə verməsinin səbəbini də açıqlayıb. O, gözəl qızını dünyaya gətirdiyi üçün modelə bu cür təşəkkür etdiyini qeyd edib. 

Qeyd edək ki, cütlük 2019-cu ildə evlənib, bir il sonra onların qızı dünyaya gəlib.

Elman Zeynalov Sumqayıtda anadan olub, daha sonra ailəsi ilə Rostova köçüb. Muz-TV kanalında yayımlanan "Yeni ulduz fabriki" adlı layihə onu bütün Rusiyada məşhurlaşdırıb. Zeynalov Ani Lorak, Qriqori Leps, Ciqan və digər ulduzlarla duetlər səsləndirib.

Elman Azərbaycanın Xalq Artisti Emin Ağalarovun yaratdığı "Zhara Music" etiketinin bir hissəsinin sahibidir. Xanımı Marqarita Tsoy isə Moskvada bir gözəllik salonunun rəhbəridir və model olaraq fəaliyyət göstərir.


Etiketlər:  Qızının günündə xanımına maşın hədiyyə etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ