Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2021 09:56
ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, Cenevrədə keçirilən Rusiya-ABŞ sammiti Vaşinqton üçün deyil, Moskva üçün uğurlu olub.
Bu barədə "Qafqazinfo" TASS-a istinadən xəbər verir.
"Düşünürəm ki, ümumilikdə, biz heç nə əldə etmədik", - Tramp "Fox News" telekanalının efirində deyib.
"Hesab edirəm ki, Rusiya üçün yaxşı gün idi, bunun nəticəsində nə əldə etdiyimizi anlamıram", - o əlavə edib.