Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Şəhərdən Kəndə” layihəsi - VİDEO

“Şəhərdən Kəndə” layihəsi - VİDEO

Tarix: 18 Iyun 2021 13:20

Layihəyə qoşulmaq üçün 200-ə yaxın aqrar sahibkar qeydiyyatdan keçib

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində dəstək tədbirlərinə başlanılıb.Layihə çərçivəsində "Lakeside Garden" təsərrüfatında yenidənqurma işləri (söhbətgah, sanitar qovşaq tikintisi) aparılıb. Təsərrüfatın girişi və hərəkət hissəsi abadlaşdırılıb, ərazinin işıqlandırılması yaxşılaşdırılıb.

Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüaftları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanları yaradılıb

Layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 115 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-ə yaxın aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 134 fermer təsərrüfatından 97-si aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib. Layihənin icrasına başlanılan gündən etibarən müxtəlif regionlarda olan fermer təsərrüfatlarına 40-dan artıq aqrotur təşkil olunub. Bu turlara ümumilikdə 800-dən çox turist qoşulub ki, onların 150-ə yaxını əcnəbi turistlərdir.

Ölkəmizdə karantin rejimi ləğv edildikdən sonra portal vasitəsilə müxtəlif regionlara təşkil olunan turlara qoşulmaq və fərdi turlar sifariş etmək mümkün olacaq.


Etiketlər:  Şəhərdən Kəndə layihəsi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ