Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2021 21:00
ABŞ-ın Alabama ştatından olan Meqan Mişel Allen onsuz yata bilməyən 2 yaşlı oğlunu maraqlı üsulla yatızdıraraq məşhurlaşıb.
Sonxeber.net big.az-a istinadən xəbər verir ki, bu barədə qadın özünün "TikTok" səhifəsində paylaşım edib.
O, bildirib ki, daim anasının yanında yatmağa öyrəşən uşaq öz yatağında yatmaqdan imtina etdiyi üçün qadın kiçik hiylə işlədib.
Belə ki, o, oyuncaq meymunun başına süni saç taxaraq uşaq yatağının yanında yerdə uzandırıb. Allen bu planın 3 sonluğunun ola biləcəyini ehtimal edib. Ən yaxşı halda uşaq yerdə uzananın onun anası olduğuna inanıb rahat yatacaq. İkinci ehtimala görə, uşaq yatağından düşüb, anasını qucaqlamaq istəyəcək. Bu zaman oyuncağın saçları çıxacaq və uşaq psixoloji travma alacaq. Planın üçüncü sonluğunda isə ana özü də planını unudub otağa girəcək və uşağı oyadacaq.
Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti qadının bu ideyasını ağıllı və gülməli hesab edib, lakin Allenin həyat yoldaşı gördüyündən dəhşətə gəlib və uşağının psixoloji sağlamlığına görə narahat olub.