Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2021 12:46
Fövqəladə Hallar Nazirliyi istirahət üçün yaşıllıq zonalarına üz tutan vətəndaşlara xəbərdarlıq edib. Belə yerlərdə ani diqqətsizlik böyük yanğınlara, insan tələfatına belə gətirib çıxara bilər. Ötən gün ölkənin şimal və cənub bölgəsində açıq sahələrdə, o cümlədən quru ot, kol-kos, biçilmiş və biçilməmiş taxıl sahələri və meşəlik ərazidə yanğınlar baş verib. Sakinlər istirahətlərinin xoşagəlməz sonluqla yekunlaşmasını istəmrisə təhlükəsizlik qaydalarına mütləq əməl etməlidirlər. Xüsusu ilə açıq oddan istifadə zamanı.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, yay mövsümünün başlaması ilə əlaqədar insanların təbiət qoynuna üz tutması həmin ərazilərdə yanğın təhlükəsini artırır.
Ötən gün də ölkənin şimal və cənub bölgəsində açıq sahələrdə, o cümlədən quru ot, kol-kos, biçilmiş və biçilməmiş taxıl sahələri və meşəlik ərazidə yanğınlar baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev bildirib ki, əksər hallarda istirahət üçün yaşıllıq əraziləri seçən insanlar odla ehtiyatsız davranır. Şöbə rəisi vətəndaşlara xəbərdarlıq edir ki, cüzi ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara və böyük faciələrə səbəb ola bilər.
Taxıl biçini mövsümünün başlaması da yanğın riskini artıran amillərdən biridir. Ötən gün baş verən yanğın zamanı xaçmaz rayonu, nabran kəndində biçilməmiş 30 hektar taxıl sahəsi yanıb. Elnur Babayev fermerlərə və kənd təsərrüfatı ilə məşğul olan sahibkarları da diqqətli olmağa çağırdı.
Qeyd edək ki, 2021-ci ilin I rübü ərzində Azərbaycanda açıq sahələrdə 8 yanğın olub. İnsan tələfatı və xəsarət alanlar olmayıb. Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, meşə sahələrində yanğının nə qədər ərazini əhatə etməsi təqiqatlardan sonra məlum olacaq.