Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2021 13:00
Uels millisinin futbolçusu Qaret Beyl Avro-2020-nin qrup mərhələsinin üçüncü turunda İtaliya ilə matç öncəsi fikirlərini bölüşüb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi deyib:
"Əldə etdiklərimizdən razı qala bilmirik. Buna görə də qarşıdakı oyunda qalib gəlməyə çalışacağıq. Uels millisi qrupdan lider kimi çıxmaq istəyir. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik.
İtaliya qrupun lideridir və bu komandaya qarşı Romadakı oyunumuz xüsusi olacaq. Avropa çempionatının ruhuna girə bilmirsinizsə, deməli, buraya aid deyilsiniz. Uels milli komandası bununla bağlı heç vaxt problem yaşamayıb. Ona görə də çox iddialıyıq".
Qeyd edək ki, sözügedən matç bu gün 20600-da başlayacaq.