Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2021 18:05
"Azərbaycanın gözəl səsli müğənnisi. Mənim üçün çox şeylər keçmişdə qalıb. Çoxlu mənfilər var, demərəm".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "ATV maqazin onlarla" proqramında deyib. Sənətçi müğənni Mətanət Əsədova haqda açıqlama verib. O, uzun müddətdir küsülü olduğu Əsədovanın fotosunu görəndə danışmaq istəməyib:
"Efirdə tərifləmişəm. Tərifi çevirib deyib pis sözdür. Tərifi pisə yozublar. Onları qaldırıb qoymuşam at yerində. Tərifləmişəm. O, o sözlə gedib atdan da yuxarı otura bilərdi. Mən gördüyümü onlar görə bilmir. Qatarın səmtini elə dəyişmişəm ki, bilmirəm dayanacaqdan dayanacam, ya yox. Qatarım elə sürətlə gedib ki... Səsi var, amma repertuarı yoxdur".
Qeyd edək ki, Elza və Mətanət arasında qalmaqal "Xəzər TV"də yayımlanan "Hər şey daxil" proqramında baş verib. Seyidcahan Mətanət və manaf Ağayevi şou-biznesdə virus adlandırıb.