Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2019 11:44
Bakı. Trend:
Yeni Zelandiyada dünyanın ən böyük tutuquşusunun qalıqları aşkar edilib.
Trend-in məlumatına görə, qalıqlar bir qrup arxeoloq tərəfindən aparılan qazıntılar zamanı tapılıb.
Məlumata görə, həmin tutuquşunun boyu 1 metr, çəkisi isə 10 kiloqram olub. Arxeoloqlar aparılan tədqiqata əsasən, bu quşun 20 milyon il öncə yaşadığını qeyd edirlər.
Onlar həmin tutuquşunu şərti olaraq Herakl adlandırıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin