Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 18:20
"17 ildir avtomobil idarə edirəm. Mayın 28-də heç evdən çıxmamışam. Oturduğum anda mənə SMS formasında radara düşməyim barədə məlumat gəldi. Hansı küçədə olması, pozduğum qayda, foto, video və digər məlumatlar verildi".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Bayramova "Fatehin divanı" proqramında deyib. Xanəndə bildirib ki, avtomobilini idarə etmədiyi halda ona cərimə yazılması haqda mesaj gəlib:
"Diqqətlə baxdım, səhv var idi. Mənim nömrəmlə başqası qarışdırılmışdı. Bir hərfə görə... "Gelandewagen" markalı avtomobil idi. Müraciət etdim ki, məsələni aydınlaşdırsınlar. 17 il ərzində qaydaları öyrənmişəm, adi parklanmaya belə diqqət edirəm".