Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

London metrosu mobil telefon əhatə dairəsinə sahib olacaq

London metrosu mobil telefon əhatə dairəsinə sahib olacaq

Tarix: 23 Iyun 2021 21:18

London Metrosu 2024-cü ilə qədər tam mobil telefon əhatə dairəsinə sahib olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, London Bələdiyyə başçısı Sadiq Xan metro istifadəçilərinin 2024-cü ilə qədər şəbəkə daxilində tam mobil əhatə dairəsinə sahib olacaqlarını açıqlayıb.

London Nəqliyyat idarəsi 4G və 5G infrastruktur şirkəti "BAI Communications" ilə 20 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən bütün mobil operatorlar yeni şəbəkədən istifadə edə biləcəklər.

İlk hazırlanan stansiyalar 2022-ci ilin sonuna qədər istifadəyə veriləcək. Yeni mobil şəbəkə London Nəqliyyat idarəsinə əlavə gəlir gətirəcək.

Sadiq Xan atılan addımın şəhərin iqtisadiyyatını stimullaşdırmağa kömək edəcəyini söyləyib.

Milli.Az


Etiketlər:  London metrosu mobil telefon əhatə dairəsinə sahib olacaq


RƏYLƏR