Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2021 22:12
AVRO-2020-də 1/8 finalın daha bir cütü dəqiqləşib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, D qrupunun ikincisi olan Xorvatiyanın rəqibi bu gün bəlli olub.
E qrupunda ikinci yeri tutan İspaniya son dünya vitse-çempionu ilə üz-üzə gələcək. Bu komandalar iyunun 28-də qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 20:00-də başlayacaq. Matç Danimarkanın paytaxtı Kopenhagendəki "Parken"də təşkil olunacaq.
Qeyd edək ki, bunadək iki cüt dəqiqləşib. İyunun 26-da Uelslə Danimarka, İtaliya ilə Avstriya qarşılaşacaq.