Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağsuda sel təhlükəsi olan çaylar: sürüşmənin qarşısı alındı - VIDEO

Ağsuda sel təhlükəsi olan çaylar: sürüşmənin qarşısı alındı - VIDEO

Tarix: 24 Iyun 2021 10:50

Sürüşmənin qarşısı alınıb

Milli.Az Real TV-ə istinadən bildirir ki, Ağsuda rayon ərazisindən axan və zaman-zaman yaşayış məntəqələrinə, o cümlədən əkin sahələrinə sel təhlükəsi yaradan çayların sağ və sol sahillərində sahil-mühafizə tədbirləri görülür.

Ağsu çayın Abasxanlı kəndi ərazisindən keçən hissəsində təhlükəli vəziyyət yarandığından burada qabyon bəndlərin tikintisi nəzərdə tutulub.

Belə ki, çay suyunun kənd qəbiristanlığına yaxın ərazidə sürüşməyə səbəb olması, həmin hissədə geniş miqayaslı mühafizə tədbirlərinin başlanmasına ehtiyac yaradıb. Hazırda Ağsuda çayın istiqaməti dəyişdirilib və sürüşmə olan yerdə mühafizə tədbirlərinə start verilib.

Abasxanlı kəndində yaşayan sakinlər də kənd qəbiristanlığında yaranan təhlükədən son zamanlara kimi narahat olublar. Ancaq artıq problem kökündən həll olunur.

Ağsuda sel təhlükəsinin qarşısının alınması ilə yanaşı rayonda əkilən torpaq sahələrinin suvarılması da diqqət mərkəzindədir. Yay dövründə, su olmayan müddətdə Yuxarı Şirvan kanalından nasoslar vasitəsi ilə kanallara su verilir və əkin sahələrinin su təminatı yaxşılaşdırılır. Bu il artıq əkilən dənli bitkilər və digər kənd təsərrüfatı məhsullarının suvarılması bir-neçə dəfə aparılıb.

Rayonda ən çox taxıl, qarğıdalı və yem bitkiləri əkilir. Son illər günəbaxana maraq sürətlə artmaqdadır.

Qeyd edək ki, Ağsu rayonunda 37 071 hektar suvarılan torpaq sahəsi var. Bu sahələrin suvarılmasılnda əsas rol oynayan torpaq məcralı kanallar beton üzlüyə alınır, bununla da su itkisinin qarşısı alınmış olur.

Milli.Az


Etiketlər:  Ağsuda sel təhlükəsi olan çaylar sürüşmənin qarşısı alındı VIDEO


RƏYLƏR