Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paytaxtda mağazadan 73 ədəd telefon oğurlanıb (FOTO)

Paytaxtda mağazadan 73 ədəd telefon oğurlanıb (FOTO)

Tarix: 7 Avqust 2019 16:03

Bakı. Trend:

Nəsimi rayonunda yerləşən telefon mağazalarından birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, zərərçəkən mağaza sahibi polisə müraciət edərək obyektin pəncərəsinin naməlum şəxs tərəfindən sındırıldığını oradan 2146 manat pul və dəyəri 22887 manat olan 73 ədəd müxtəlif modelli mobil telefonun oğurlandığını bildirib.

Məlumat daxil olan kimi Nəsimi Rayon Polis İdarəsi və 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. İdarə və şöbə əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini İbrahim Delili saxlanılıb.

Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Onun oğurladığı telefonlar yaşadığı evdə aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı 22-ci polis şöbəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinə göndərilib. İ.Delili barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Paytaxtda mağazadan ədəd telefon oğurlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ