Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtalyan gimnast: Bədii gimnastika üzrə Dünya Kubokunda rəqiblər güclüdür

İtalyan gimnast: Bədii gimnastika üzrə Dünya Kubokunda rəqiblər güclüdür

Tarix: 27 Aprel 2019 21:20

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə Dünya Kubokunda rəqiblər güclüdür.

Bunu Trend-ə italiyalı gimnast Milena Baldassarri deyib.

O, bu gün əvvəlki yarışlara nisbətən daha yaxşı çıxış etdiyini bildirib: "Bəzi elementlərin çox yaxşı alındığını hiss etdim. Bakıda rəqiblər güclüdür, ona görə də yaxşı nəticə qazanmaq üçün çox işləmək lazımdır".

Gimnast bildirib ki, Bakıda yarışlarda ikinci dəfə iştirak edir: "Milli Gimnastika Arenasında çıxış etmək xoşuma gəlir. Zal gözəldir, hər şey yüksək səviyyədə təşkil olunub".

Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Ötən gün Z.Ağamirova halqa ilə hərəkətlərdə 19.800 xal toplayaraq həmin alət üzrə final mərhələsinə vəsiqə qazanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İtalyan gimnast Bədii gimnastika üzrə Dünya Kubokunda rəqiblər güclüdür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ