Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2021 20:32
Ermənistanda Rusiya bazasının yerləşməsi üçün torpaq verilməsi məqsədilə Ermənistan-Rusiya dövlətlərarası komissiyasının 13-cü iclası keçiriləcək.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.
26 iyun-1 iyul arasında Moskvada keçiriləcək iclasa nümayəndə heyəti göndəriləcək. Nümayəndə heyətinin tərkibinə Ermənistan Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Daşınmaz Əmlakın Kadastr Komitəsinin nümayəndələri daxil olacaq.