Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vətən müharibəsi qazisi dəfn olundu - FOTO

Vətən müharibəsi qazisi dəfn olundu - FOTO

Tarix: 25 Iyun 2021 11:46

11:45

Vətən müharibəsi qazisi Ruslan Kazımov dəfn olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, mərhum doğulduğu Ağstafa rayon Kolxəlifə kəndinin qəbristanlığında torpağa tapşırılıb.

Dəfndə qazinin yaxınları, rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, R.Kazımov Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş kimi xidmət edib. O, 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. R.Kazımov döyüşlərin birində ağır yaralanıb. Daha sonra müalicəsini davam etdirib. Qazi ötən gün vəfat edib.

----------

10:19

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanan hərbi qulluqçusu vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, Vətən müharibəsi qazisi, kiçik çavuş Kazımov Ruslan Mustafa oğlu iyunun 24-də evində vəfat edib.

R.Kazımovla vida mərasimi onun doğulub boya-başa çatdığı Ağstafa rayonunun Kolxəlifəli kəndindəki evində keçirilir.

Mərasimdə qazinin yaxınları, ailə üzvləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra R.Kazımov bu gün Ağstafa rayonunun Kolxəlifəli kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, R.Kazımov 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. O, döyüşlərin birində ağır yaralanıb. Daha sonra müalicəsini davam etdirib.

Allah rəhmət eləsin!

Milli.Az


Etiketlər:  Vətən müharibəsi qazisi dəfn olundu FOTO


RƏYLƏR