Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Restoranlarda toylara hazırlıq gedir - VİDEO

Restoranlarda toylara hazırlıq gedir - VİDEO

Tarix: 25 Iyun 2021 12:04

Restoranlarda sürətli şəkildə toy hazırlıqları gedir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın toylara icazə verilməsi ilə bağlı qərarı açıqlandıqdan sonra restoranlarda hazırlıqlara start verilib. Hazırda görülən işlər əsasən təmizliklə bağlıdır. İşçilərin vaksinasiyası da ön plandadır. 

Təmizlik işləri bitdikdən sonra isə masaların pandemiya qaydalarına uyğun düzülməsinə başlanacaq.

50 nəfərdən artıq insanın iştirak edəcəyi şənliklərdə COVID-19 pasportu tələb olunacağından işçilər bununla bağlı təlimatlanıdırlıb.

Açıq məkanlarda da toy şənlikləri üçün hazırlıqlar gedir.

İnzibatçıların sözlərinə görə, artıq iyul ayının bütün günləri toy şənlikləri üçün tutulub. Hətta avqust üçün sifariş qəbul edənlər də var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Restoranlarda toylara hazırlıq gedir VİDEO


RƏYLƏR