Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2021 13:40
İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
İyunun 24-də saat 19 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində 2 saylı Zobucuq qəsəbə sakini S.Quliyev idarə etdiyi "VAZ-21011" markalı avtomobillə işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd edərkən saxlanılmışdır.
Sürücü və sərnişinləri - həmyerliləri H.Səfəralıyev və Ə.Mahmudov Polis Şöbəsinə gətirilərək onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq ediliblər.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.