Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2021 19:44
Madrid "Real"ının prezidenti Florentino Peres Superliqa layihəsi barədə danışıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Marca" yazıb.
"Superliqa bağlanmayıb, açıqdır. Bu, bizim sadəcə alınmasını istədiyimiz liqadır. Məsələn, "Sevilya" və "Vilyareal"ın öz yeri olacaq. Azarkeşlər gedir və daha çox azarkeşi olan klublardan başlamalı oluruq. "Roma"nın "Mançester Yunayted" kimi cəlbediciliyi yoxdur.
Futbola maraq itir, cəlbediciliyi yoxdur. Audiovizual hüquqlar azalır və problem budur. Hamını razı salmaq istəyirik. Superliqa dünyada ən çox izləyicisi olan komandalardan qurulur. Pul yoxdursa, futbol ölür", - deyə F.Peres bildirib.
"Real"ın prezidenti bildirib ki, UEFA öz dominant mövqeyini qorumaq üçün klubları təhdid edir.