Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda beş qadını avtomobil vurub

Bakıda beş qadını avtomobil vurub

Tarix: 26 Iyun 2021 08:54

Gecə saatlarında paytaxtın müxtəlif rayonlarında qəza baş verib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisələr Suraxanı, Nəsimi, Səbail, Binəqədi və Yasamal rayonlarında qeydə alınıb.

Qaraçuxur qəsəbəsində 1963-cü il təvəllüdlü Nəzərova Rasimə Abbas qızını, Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində 1996-ci il təvəllüdlü Bəhrəmova Aygül İlham qızını, İstiqlaliyyət küçəsində 1987-ci il təvəllüdlü Bayramova Leyla Valeh qızını, Biləcəri qəsəbəsində isə yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Yadigarova Nigar Musa qızını və Abbas Mirzə Şərifzadə küçəsində isə 2001-ci il təvəllüdlü Tağıyeva Gülnar Arif qızını minik avtomobili vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Qeyd edək ki, piyada vurulması ilə nəticələnən avtoqəzalar sutkanın qaranlıq vaxtında baş verib.


Etiketlər:  Bakıda beş qadını avtomobil vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ