Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhkum oğluna heroin keçirmək istəyən ata saxlanılıb

Məhkum oğluna heroin keçirmək istəyən ata saxlanılıb

Tarix: 7 Avqust 2019 21:03

Bakı. Trend:

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar xidmətdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Quliyev Pərviz Hümbət oğlu ilə qısamüddətli görüşə gəlmiş atası Bakı şəhər sakini Quliyev Hümbət Həbib oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman iki ədəd alışqanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0.903 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Məhkum oğluna heroin keçirmək istəyən saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ