Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid İbrahim Əsgərov Vətən müharibəsində böyük şücaət göstərib - VİDEO

Şəhid İbrahim Əsgərov Vətən müharibəsində böyük şücaət göstərib - VİDEO

Tarix: 27 Iyun 2021 05:00

44 günlük Vətən müharibəsinin qəhrəman övladlarından biri də İbrahim Əsgərovdur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 25 yaşında şəhid olan İbrahim 1995-ci ildə Beyləqan rayonunda anadan olub.

İbrahim Əsgərov həqiqi hərbi xidməti 2015-ci ilin aprelində  başa vurduqdan  sonra 2016-cı ildə müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan ordusunda xidmətə başlayıb.

Füzuli rayonunda xidmət edən İbrahim Əsgərov 27 sentyabrda düşmən təxribatı başlayanda döyüş meydanına ilk atılanlardan olub.

Taqım komandiri olan qəhrəmanımız Füzuli, Ağdam, Ağdərə və Xocavənd rayonlarında gedən ağır döyüşlərdə iştirak edib.

İbrahim noyabrin 6-da şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra ''Vətən uğrunda'' və "Xocavəndin azad olunmasına görə'' medalları ilə təltif edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Şəhid İbrahim Əsgərov Vətən müharibəsində böyük şücaət göstərib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ