Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kürdəmirdə yeni növ kanallar çəkilir - VİDEO

Kürdəmirdə yeni növ kanallar çəkilir - VİDEO

Tarix: 29 Iyun 2021 16:50

Torpaq məcralı kanallarda lildən təmizləmə işləri aparılır

Milli.Az Real TV-ə istinadən bildirir ki, Kürdəmir Suvarma Sistemləri İdarəsi rayonun 58 kəndini, 2 qəsəbəsini, əkin sahələrini və həyətyanı sahələrin suvarılmasını təmin edir.

Rayonda 2021-ci ildə 65103 hektar sahədə əkin işləri aparılıb. Suvarılmanın davamlı aparılması üçün Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən torpaq məcralı kanallarda il ərzində lildən təmizləmə işləri aparılır.

Hazırda Kürdəmir rayonunda yeni əkin sahələrində şumlama işləri gedir və arat üsulu ilə suvarma həyata keçirilir. Əkinçilər bu il sahələrdən bol məhsul gözlədiklərini söyləyirlər.

Kürdəmir rayonunun Şilyan və Qarasu kəndlərini su ilə təmin etmək üçün Yuxarı Şirvan kanalından R-13 nov kanalında əsaslı təmir işləri görülərək Qarabucaq kəndi istiqamətindən yeni nov kanalın çəkilişinə başlanılıb. Ötən il və bu il ərzində 1.6 km ərazidə yeni nov kanalın çəkilməsi həyata keçirilib. Görülən işlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.
İnterşum: Nov kanalların quraşdırılması...

Qeyd edək ki, Kürdəmirdə əkilən torpaq sahələrinin 38878 hektarını taxıl, 2360 hektarıı pambıq, 8446 hektarını yem bitkiləri, 4677 hektarını bostan-tərəvəz, 2620 hektarını bağ və üzümlük, 6922 hektarını həyətyanı sahələr və 1200 hektarını qarğıdalı sahələri təşkil edir.

Milli.Az


Etiketlər:  Kürdəmirdə yeni növ kanallar çəkilir VİDEO


RƏYLƏR